ŞARL MİŞEL: LAÇIN VƏ AĞDAM YOLLARINDAN XANKƏNDİYƏ YÜKLƏRİN EYNİ VAXTDA KEÇMƏSİNİ ALQIŞLAYIRIQ

Laçın və Ağdam yollarından Xankəndiyə humanitar yüklərin eyni vaxtda keçməsini alqışlayırıq.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” platformasında paylaşımında bildirib.

Ş.Mişel, həmçinin qeyd edib: “Artıq bu proses qaydaya salınmalıdır. Həmçinin Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq vacibdir. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır”.