SABAH BAKIDA ƏLAVƏ GÜCLƏNDİRİLMİŞ DEZİNFEKSİYA IŞLƏRİ APARILACAQ

Sentyabr ayının 12-i səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. 

Bakı Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.