
Rusiyanın Krasnodar diyarında 4,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri Tuapse şəhərindən 8 km cənubda, ocağı isə 5 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar 13 yaşayış məntəqəsində hiss olunub.
Qeyd olunub ki, xəsarət alan və həlak olan yoxdur.