RUSİYADA TƏYYARƏ QƏZASI NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI ARTIB

Rusiyanın Ryazan vilayətində “İl-76” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı, ilkin məlumatlara görə, 4 nəfərə çatıb.

Bu barədə Rusiyanın təcili yardım xidmətlərindəki mənbə bildirib.

“Təyyarə mühərrikin alovlanması səbəbindən qəzaya uğrayıb. İlkin məlumata görə, 4 nəfər ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib”.