RUSİYA SƏHİYYƏ NAZİRLİYİ KORONAVİRUSA QARŞI YENİ PREPARAT QEYDƏ ALIB

Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı yeni “Kovipir” preparatını qeydiyyatdan keçirib.

Bu bardə Rusiya dərman vasitələrinin dövlət reyestrində deyilir.

Qeyd olunur ki, molnupiravir əsasında hazırlanmış “Kovipir” aprelin 4-də qeydiyyatdan keçirilib.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi fevral ayında koronavirusa qarşı “Esperavir”, aprel ayında isə “Lagevrio” preparatlarını qeydiyyata almışdı. Hər iki dərman vasitəsi molnupiravir əsasında hazırlanıb.