RUMINİYADA TƏQAÜD PROQRAMI İMKANI

Rumıniya Xarici İşlər Nazirliyi 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ali təhsilin bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

Təqaüd proqramına müraciət martın 1-dək davam edəcək.

Proqram barədə ətraflı məlumat əldə etmək istəyənlər elanla tanış ola bilərlər.