“RED BULL RACİNG HONDA” KOMANDASININ PİLOTU SERXİO PERES FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİNİN QALİBİ OLUB

İyunun 6-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb.
İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli isə yarışı üçüncü sırada tamamlayıb.