RƏCƏB TAYYİB ƏRDOĞAN: AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ QORUNMASI YOLUNDA ATDIĞI ADDIMLARI DƏSTƏKLƏYİRİK

Cənubi Qafqazda sülhün təmin edilməsi yolunda qarşımızda tarixi fürsət durur.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı deyib.

“Azərbaycan və Ermənistan arasında görüşməni əvvəldən dəstəklədik. Ermənistan bu fürsəti yetəri qədər dəyərləndirə bilmədi. Ermənistanın verdiyi sözlərə riayət etməsini gözləyirik. Qarabağ Azərbaycan torpağıdır”, – deyə R.T.Ərdoğan əlavə edib.