
Qarabağ torpağında döyüş əməliyyatları başa çatdıqdan sonra bir dənə də mina qalmamalıdır.Bunu ABŞ-ın “SouthFive Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyb deyib.Onun sözlərinə görə, buna baxmayaraq, dünya ictimaiyyəti bu təhlükənin aradan qaldlırılması üçün çox az iş görüb, nəticədə 120-yə yaxın Azərbaycan vətəndaşı həyatını itirib: “Bayden administrasiyası Ermənistanın mina xəritələrini təhvil verməsi ilə bağlı məsuliyyət daşıdığını bəyan etməlidir ki, günahsız insanların ölümünün qarşısı alınsın”.Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.