QARABAĞ DİRÇƏLİŞ FONDUNA İANƏ İLƏ BAĞLI SORĞUDA 8 MİNƏ YAXIN RESPONDENT İŞTİRAK EDİB

Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra xalqımızın qarşısında duran başlıca vəzifə Qarabağımızın bərpası və inkişafı, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsidir.

Fond Qarabağın bərpası, onun dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi üçün hər bir vətəndaşın fikir və təkliflərinə xüsusi önəm verir.

Bu fikirləri “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransında Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova söyləyib.

O qeyd edib ki, Qarabağ Dirçəliş Fonduna insanların niyə ianə etməsi və ya etməməsi barədə sorğu keçiririk. Oktyabr ayında başlayan sorğuda artıq 8 minə yaxın respondent iştirak edib.

Odur ki, sorğunun əsas məqsədi vətəndaşların Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə münasibətinin, bu prosesdə iştirakçılığının, mövqelərinin düzgün təhlil edilməsidir.