QƏRBİ AZƏRBAYCAN İCMASINDA QAYIDIŞ KONSEPSİYASI QƏBUL EDİLİB

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edilib.

Bu barədə bu gün Qərbi Azərbaycan İcmasın müşahidə şurasının yekun iclasındə qeyd edilib.

Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər təşkil olunub. Müzakirələr zamanı yüzlərlə təklif irəli sürülüb, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elektron poçtuna çoxsaylı təkliflər daxil olub. Bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib.