“PREZİDENT KUBOKU-2023” AVROPA KANOE ASSOSİASİYASININ TƏQVİM PLANINA DAXİL EDİLİB

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) daha bir uğura nail olub.

AKAF xəbər verir ki, federasiyanın mayın 4-7-də Suqovuşan və Mingəçevirdə təşkilini planlaşdırdığı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Assosiasiyanın rəsmi internet səhifəsinin xəbər bölməsində yarışla bağlı məlumat da dərc olunub.

Xatırladaq ki, AKAF-in ötən il oktyabrın 21-23-də təşkil etdiyi “Mingəçevir reqatası” da Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında yer almışdı.