PREZİDENT İLHAM ƏLİYEV SERBİYAYA İŞGÜZAR SƏFƏR EDİB

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfər edib.

Niş şəhərinin “Konstantin Veliki” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşılayıblar.