PAKİSTANDA LEYSAN NƏTİCƏSİNDƏ YAŞAYIŞ EVLƏRİ ÇÖKÜB, 14 NƏFƏR HƏLAK OLUB

Pakistanın şimal-qərbindəki Xayber əyalətində leysan yağıntıları bir neçə yaşayış evinin çökməsinə səbəb olub.

Hadisə nəticəsində azı 14 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb.

Həlak olanların böyük əksəriyyətinin qadın və uşaqlar olduğu deyilir. Qeyd olunur ki, bölgədə leysan iki günə yaxındır davam edir.

Fəlakət zonasına xilasedicilər və texnika göndərilib.