PAKİSTAN HƏRBİ NÜMAYƏNDƏ HEYƏTİ ÖLKƏMİZDƏ SƏFƏRDƏDİR

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, martın 6-dək davam edəcək səfər çərçivəsində general Nadim Raza bir sıra görüşlər keçirəcək.