“OSKAR” MÜKAFATLARI ÜÇÜN QAYDALAR YENİDƏN DƏYİŞİB

“Oskar” mükafatlandırması üçün daha bir kateqoriya əlavə edilib. Filmdə ən yaxşı aktyor seçiminə görə “kastinqdə nailiyyətlərə görə” mükafatı veriləcək.

Bu barədə xarici KİV-lər xəbər verir.

Məlumata görə, yenilik artıq Kino Sənəti və Elmləri Akademiyasının Rəhbərlər Şurası tərəfindən təsdiqlənib.

Kateqoriyanın ilk qalibi 2026-cı ildə – 98-ci “Oskar” mükafatı mərasimində veriləcək. Gələn il Kino Akademiyası filmlərin aktyor heyətini təhlil edəcək və ən yaxşılarını seçəcək. Akademiya sonuncu dəfə 2001-ci ildə yeni Oskar kateqoriyası (“ən yaxşı tammetrajlı cizgi filmi”) təsis etmişdi.

Xatırladaq ki, yanvarın sonunda Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası 2024-cü il “Oskar” mükafatına namizədlərin siyahısını açıqlayıb.