MÜDAFİƏ NAZİRLİYİ: QANUNSUZ ERMƏNİ SİLAHLILARI SƏRNİŞİN TƏYYARƏSİNƏ QARŞI NÖVBƏTİ DƏFƏ RADİOMANEƏLƏR TƏTBİQ EDİB

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-u Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”nın E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.