MÜDAFİƏ NAZİRLİYİ: KƏLBƏCƏRDƏ HƏRBİ QULLUQÇUMUZ İTKİN DÜŞÜB

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.

Hazırda faktla bağlı araşdırma aparılır.