MÜDAFİƏ NAZİRLİYİ FÜZULİ RAYONUNUN GÖRAZILLI KƏNDİNİN VİDEOGÖRÜNTÜLƏRİNİ YAYIB

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Görazıllı kəndinin videogörüntülərini paylaşıb.

Tarixi XVIII-XIX əsrlərə gedib çıxan Görazıllı kəndi 1993-cü il iyulun 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 9-da kəndi işğaldan azad edib.