MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİ SİLAHLI BİRLƏŞMƏLƏRİNİN MÖVQELƏRİMİZ QARŞISINDA SƏNGƏR QURMAQ CƏHDİNİN QARŞISI ALINIB

Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ordusunun Ağdam rayonu ərazisindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ordumuzun bölmələri tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.