MİSİRİN İNFORMASİYA AGENTLİYİ PREZİDENT İLHAM ƏLİYEVİN İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRƏ NÖVBƏTİ SƏFƏRİ BARƏDƏ MATERİAL YAYIB

Misirin “Asiaelyoum” informasiya agentliyinin saytında Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfərindən bəhs edən xəbər yerləşdirilib.
Xəbərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində işğaldan azad olunmuş ərazilərə səfərdən yaydığı görüntülər də yer alıb.