RƏCƏB TAYYİB ƏRDOĞAN: “MİNA XƏRİTƏLƏRİNİN VERİLMƏMƏSİ MƏSƏLƏSİNİ GÜNDƏMƏ GƏTİRƏCƏYİK”

Ermənistanın mina xəritələrini verməməsi məsələsini gündəmə gətirəcəyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mina xəritələri məsələsi ilə bağlı olan tərəflərə bu məsələnin vacibliyini bildirəcəyik. Türkiyə bu məsələnin həlli üçün dəstəyini verəcək” – deyə, o bildirib.