MİLLİ PARALİMPİYA KOMİTƏSİNİN RƏSMİSİ BEYNƏLXALQ TƏŞKİLATDA YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNUB

Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı yeni vəzifəyə təyin olunub.

Komitədən verilən məlumata görə, o, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.

R.Hacılının beynəlxalq səviyyədə məsul vəzifəyə təyinatı IBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında reallaşıb.

Qeyd edək ki, IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır. Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur. Bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.