MİLLİ MÜDAFİƏ UNİVERSİTETİNDƏ BOLQARISTANIN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ TƏCRÜBƏ MÜBADİLƏSİNİN APARILMASI MÜZAKİRƏ EDİLİB

Avropa Birliyinin ERASMUS proqramı çərçivəsində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının nümayəndələri ölkəmizə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda bolqarıstanlı nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Hərbi İdarəetmə İnstitutunun xarici dil müəllim heyətinin tədrisi, qiymətləndirilmə, STANAG testlərinin tərtibatı və tədris proqramlarının hazırlanması istiqamətində təcrübə

mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti tərəfindən nümunəvi dərslərin keçirilməsi də nəzərdə tutulub.