MARTDA KEÇİRİLMİŞ NÖVBƏTİ BURAXILIŞ İMTAHANLARININ NƏTİCƏLƏRİ APRELİN 10-DƏK ELAN OLUNACAQ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 12-13-də keçirilmiş buraxılış imtahanlarının nəticələrinin aprelin 10-dək elan olunması nəzərdə tutulur.

Bu barədə DİM-dən bildirilib.

Qeyd edək ki, bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 5-6-da keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub .