LAÇIN RAYONUNDA YOL-NƏQLİYYAT HADİSƏSİ BAŞ VERİB, 3 NƏFƏR XƏSARƏT ALIB

Sentyabrın 16-da Laçın rayonu ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsus avtobus qəzaya uğrayıb.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Avtobusda olan agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.