
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə bu raundda üz-üzə gələcək cütlər müəyyənləşib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu 1/8 finalda PAOK-la qarşılaşacaq.
Türkiyə təmsilçisi “Fənərbağça” isə Belçikanın “Union” komandasına rəqib olub.