
Kanadanın Ontario əyalətinin Hamilton şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının qaldırılma mərasimi təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Hamilton Azərbaycan icmasının təşkilatçılığı ilə şəhərin “City Hall” mərkəzində baş tutan mərasimdə üçrəngli Bayrağımız Azərbaycanın Dövlət Himninin sədaları altında səmaya qaldırıb.
Bayram sevinclərini bölüşən Azərbaycan icmasının üzvləri dövlət Bayrağımızın fonunda xatirə şəkilləri çəkdiriblər.
Soydaşlarımızın qürurlu və sevincli anlarını fotoobyektivə bu yaxınlarda Toronto Azərbaycan Evində sərgisi keçirilən fotoqraf İsmayıl Hüseynov köçürüb.
Qeyd edək ki, Hamilton şəhərində Azərbaycan Bayrağı mayın 26-29-da dalğalanıb.