JURNALİSTLƏRİN ZƏNGİLAN VƏ QUBADLIYA SƏFƏRİ BAŞLAYIB

Bir qrup jurnalistin Zəngilan və Qubadlıya səfəri başlayıb.

Media nümayəndələri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) ərazidə apardığı minatəmizləmə əməliyyatını izləyəcəklər.

Jurnalistlər ilk olaraq Qubadlının Xanlıq kəndində proseslə tanış olacaqlar.