İTALİYADA 4,9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

İtaliyanın şimalında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 366 min insanın yaşadığı Bolonya şəhərindən 37 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir.