
İsrail parlamentində deputatlar ölkənin yeni prezidentini seçib.
Bu vəzifəyə İtshak Gertsoq seçilib.
Qeyd olunur ki, onun lehinə 120 deputatdan 87-i səs verib.
İ.Gertsoq bu vəzifədə Reuben Rivlini əvəz edəcək. R.Rivlinin səlahiyyət müddəti iyulun 9-da başa çatacaq.