İMRAN XAN: MÜKƏMMƏL İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİMİZ İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏKİ QƏLƏBƏDƏN SONRA DAHA DA MÖHKƏMLƏNİB

Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib.

Bunu Pakistan İslam Respublikasının Baş naziri İmran Xan 28 May- Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda deyib.

Baş nazir bildirib:

“Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub.

Əminəm ki, yaxın günlərdə ikitərəfli əməkdaşlığımız xalqlarımızın rifahı naminə bir çox sahədə daha da dərinləşəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırıq”.