İKİ AY ƏRZİNDƏ AZƏRBAYCANDA 475 MİNƏ YAXIN VƏTƏNDAŞA KORONAVİRUS ƏLEYHİNƏ VAKSİN VURULUB

Martın 18-də Azərbaycan Respublikasında 18 min 996 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.
Koronavirusinfo.az saytı xəbər verir ki, yanvarın 18-dən hazırkı dövrədək ölkəmizdə 474 min 607 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün regionlarında uğurla davam edir.