İƏT-İN NÖVBƏTİ SAMMİTİ ÖZBƏKİSTANDA KEÇİRİLƏCƏK

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşü bu ilin noyabrında Özbəkistanda keçiriləcək.

Türkiyə KİV-ri xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə İƏT-in Baş katibi Hüsrev Nazirinin görüşündə qeyd edilib.

Bildirilib ki, sammitin gündəliyinin hazırlanması barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 1985-ci ildə yaradılan və Türkiyə, Pakistan, İran, Əfqanıstan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın, Şimali Kipr Türk Respublikasının isə müşahidəçi üzv olduğu İƏT Dövlət Başçıları Zirvəsi iki ildən bir keçirilir.