HƏCC ZİYARƏTİ İLƏ BAĞLI ŞƏRTLƏR AÇIQLANDI: VAKSİN OLUNANLAR GEDƏ BİLƏCƏK

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün şərtlərini açıqlayıb.
Səudiyyə Ərəbistanının Həcc məsələləri nazirliyi bildirib ki, “COVID-19”dan peyvənd olunmuş zəvvarlar Ramazan ayı müddətində Həcc ziyarəti edə bilərlər.
Bildirilib ki, Həcc ziyarəti etmək istəyənlər koronavirusa qarşı vaksinin hər iki dozasını almalıdırlar. Bu şərtlərə əməl edən zəvvarlar Həcc ziyarəti üçün müraciət edə bilərlər.