GÜRCÜSTANIN BAŞ NAZİRİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Şəhidlər xiyabanını ziyarət edib.

Baş nazir İrakli Qaribaşvili ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.