GƏDƏBƏY İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.