FAO AZƏRBAYCANDA ƏSAS DİQQƏTİNİ MƏHSUL KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASI LAYİHƏLƏRİNƏ YÖNƏLDİB

BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı (FAO) Azərbaycanda əsas diqqətini məhsul keyfiyyətinin yaxşılaşdırılması üzrə layihələrin reallaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönəldib.

Bu barədə təşkilatın Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutu Türkiyə və Azərbaycandakı FAO nümayəndəliklərinin birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə bütün ölkələr səylərini birləşdirməlidir.

“Türkiyə bu sahədə böyük təcrübəyə malikdir və biz hesab edirik ki, bugün artıq bu məsələlər üzrə böyük nailiyyətlər əldə olunub. Düşünürəm ki, bügunkü tədbir bu tərəfdaş proqramlar çərçivəsində əməkdaşlığımızın gücləndirilməsi üçün təməl rolunu oynayacaq”, – V.Gutu əlavə edib.