ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BİRLƏŞMƏLƏRİNƏ MƏXSUS NÖVBƏTİ ATƏŞ NÖQTƏLƏRİ MƏHV EDİLİB

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti uzunmüddətli atəş nöqtələri və hərbi təyinatlı obyektlər bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.

Bu barədə Müdaifə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.