ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZİ NÖVBƏTİ DƏFƏ ATƏŞƏ TUTUB

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.