ENERGETİKA NAZİRİ ƏLCƏZAİRDƏ GECF-NİN 7-Cİ SAMMİTİNDƏ İŞTİRAK EDƏCƏK

Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.

Nazirlikdən bildirilib ki, nazir paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirak edəcək.

Sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalar, həmçinin üzv ölkələr tərəfindən qlobal enerji bazarında qarşıdakı dövrdə təbii qaz resurslarının roluna dair müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan GECF-də müşahidəçi üzv qismində təmsil olunur.