DÖVLƏT SƏRHƏDİNDƏN BURAXILIŞ MƏNTƏQƏLƏRİNİN SAYI VƏ YERLƏŞDİYİ ƏRAZİLƏRİN SİYAHISINDA DƏYİŞİKLİK EDİLİB

Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.
Bununla bağlı Baş Nazir Əli Əsədov yeni Qərar imzalayıb.
Qərara əsasən, sözügedən siyahıya Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zəngilan şəhəri) əlavə edilib.