DİM SƏDRİ: BİRİNCİ QRUPDA 200 BALDAN YUXARI NƏTİCƏ GÖSTƏRƏN HƏR BİR ŞƏXS ALİ MƏKTƏBƏ DAXİL OLA BİLƏR

Birinci qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il 1-ci qrup üzrə 14 924 plan yeri var. 200 balsdan yuxarı nəticə göstərən imtahan iştirakçıları 10343-dür: “Bu, o deməkdir ki, 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər. Əsas odur ki, onlar ixtissaları düzgün seçsinlər.

M.Abbaszadə qeyd edib ki, bu il üçün 44 766 nəfər ixtisas seçminə buraxılıb, onlardan 23 300-ü artıq öz seçimini edib.