Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə şöbəsində şöbə müdiri, böyük məsləhətçi və aparıcı məsləhətçi (sosial məzuniyyət yeri) vəzifələri, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib.
DİM-dən bildirilib ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub öz müraciət formasını mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.