DAHA BİR AVTOMOBİL KARVANININ AKSİYA ƏRAZİSİNDƏN KEÇİDİNƏ ŞƏRAİT YARADILIB

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 43-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus daha 14 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.