“Crocus City Hall”da terror aktı nəticəsində 144 nəfər həlak olub.
Bu barədə jurnalistlərə müsahibəsində Rusiya Prezidenti yanında uşaq haqları üzrə səlahiyyətli nümayəndə Mariya Lvova-Belova bildirib.
O bildirib ki, son məlumatlara görə, terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 insan xəsarət alıb.
Mariya Lvova-Belova onu da əlavə edib ki, terror aktın zamanı 6 uşaq həlak olub, xəsarət alan 5 azyaşlı xəstəxanadadır, onlardan iksinin vəziyyəti ağırdır.