CEYHUN BAYRAMOV ÖZBƏKİSTANA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞÜB

Xarici İşlər Naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

24 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.