CEYHUN BAYRAMOV GÜRCÜSTANLI HƏMKARI İLƏ TƏKBƏTƏK GÖRÜŞ KEÇİRİR

Xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın Baş nazirinin müavini, Xarici işlər naziri David Zalkaliani ilə təkbətək görüşü keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Twitter” səhifəsində deyilir.

Qeyd edək ki, bu gün Gürcüstan baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edib.