CEYHUN BAYRAMOV ATƏT-İN BAŞ KATİBİ İLƏ GÖRÜŞÜB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helqa Maria Şmid ilə görüşüb.

Bu barədə nazirliyin sosial media hesabında qeyd edilib.

“Tərəflər ATƏT-in gündəliyinə aid məsələləri və Azərbaycanın təşkilat çərçivəsində prioritetlərini müzakirə ediblər”, – deyə paylaşımda bildirilib.