Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
Həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəlib.
Portuqaliyanın Portu şəhərindəki “Draqao” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Çelsi”nin futbolçusu Havertsin 42-ci dəqiqədə vurduğu qol London təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb. Bununla da “zadəganlar” Çempionlar Liqasının qalibi olub.
UEFA Çempionlar Liqası
Final
29 may
Mançester Siti – Çelsi 0:1
Qol: K.Haverts, 42.
Baş hakim: Antonio Mateu Laos (İspaniya).